Millinin qapıçısı qəzaya düşdü
22.03.2022 - 15:33
“Ayaks”ın qapıçısı Andre Onana qəzaya düşüb.
Apasport.az saytının məlumatına görə, yol nəqliyyat hadisəsi Kamerunda baş verib.
Milli komandanın düşərgəsinə yollanan qolkiper öz şəxsi avtomobili ilə qəzaya uğrayıb. Ölkənin paytaxtı Yaundedə millinin bazasına yollanan Onanın avtomobili ciddi əzilib. Futbolçu özü xəsarət almayıb.
Qeyd edək ki, Kamerun DÇ-2022-nin seçmə oyununda Əlcəzairlə qarşılaşacaq.
0
0