Mixayloviçin leykemiya xəstəliyi qayıtdı
26.03.2022 - 15:42
Mixayloviçin leykemiya xəstəliyi qayıtdı

“Bolonya”nın baş məşqçisi Sinişa Mixayloviçin leykemiya xəstəliyi qayıdıb.

Apasport.az saytının məlmatına görə, bunu serbiyalı mütəxəssis özü açıqlayıb.

O, gələn həftə xəstəxanaya gedəcəyini söyləyib: “Leykemiya qayıdıb, gələn həftə xəstəxanaya getməliyəm. Sizə daha bir dərs verməyə, bu xəstəliyə yenidən qalib gəlməyə hazıram”.

Qeyd edək ki, yaxın keçmişdə bir neçə dəfə kimyaterapiya keçən Sinişa Mixayloviç xəstəliyə qalib gəlmişdi.