Neymar üçün astronomik məbləğ təklif ediləcək
19.03.2022 - 14:39
Neymar üçün astronomik məbləğ təklif ediləcək

PSJ-nin hücumçusu Neymar İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Nyukasl” Braziliya millisinin üzvünü transfer etməkdə maraqlıdır.

Həmçinin parislilərin ulduz futbolçunu satmağa razı olması Premyer Liqa təmsilçisini bu keçid üçün ümidləndirir. “Sağsağanlar” bu transfer müqabilində Fransa klubuna astronomik məbləğ təklif edəcək.

Qeyd edək ki, 30 yaşlı forvardın PSJ ilə sözləşmə müddəti 2025-ci ilin yayına qədərdir.