21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.
Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatlarının seçmə mərhələlərində 119-cu matçına çıxacaq.
Komandamız Estoniya ilə üz-üzə gələcək. Milan Obradoviçin yetirmələri bu görüşə uğursuz seriya ilə çıxmaq məcburiyyətindədir.
Milli son 10 matçda qalıb gəlməyib. Bu müddətdə 1 heç-heçəsi olan komanda 9 dəfə uduzub.
Tarixi ərzində 13 qələbəsi olan yığma heç cür bu nəhs rəqəmi arxada qoya bilmir. 10 matçdır 14-cü uğuru təxirə düşən yığmanın aktivində 20 heç-heçə və 85 məğlubiyyət də var.
Cəmi 67 qol vuran komanda dördqatından artığını – 275-ni buraxıb. Texniki nəticələr top fərqində nəzərə alınmayıb.