PSJ Poqbaya alternativ tapdı
26.03.2022 - 23:34
PSJ yayda yarımmüdafiə xəttini gücləndirmək istəyir.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi “Monako”nun orta sahə oyunçusu Orelyen Tçuamenini qaralayıb.
Ancaq 22 yaşlı futbolçu fransızlar üçün prioritet deyil. Rəhbərliyin bu mövqe üçün əsas hədəfi “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbadır. Əgər Poqbanın keçidi baş tutmasa, o zaman Tçuameni ilə danışığa başlanılacaq.
Qeyd edək ki, Orelyen “Monako”ya 2020-ci ildə “Bordo”dan keçib.
0
0