PSJ-ni gözləyən 20 milyonluq kompensasiya
22.03.2022 - 21:46
PSJ-ni gözləyən 20 milyonluq kompensasiya

PSJ baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərsə, böyük məbləğdə ziyana düşəcək.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis və məşqçilər korpusu ümumilikdə 20 milyon avrodan artıq kompensasiya alacaq.

Poçettinonun müqaviləsi 2023-cü ilin yayına qədərdir. Əgər çalışdırıcı cari mövsümün gedişində və ya yayda postunu tərk etsə, köməkçiləri ilə birlikdə böyük məbləğdə kompensasiya almalıdır. Zinəddin Zidanı baş məşqçi postuna gətirmək istəyən parislilərin bu vəzifəyə namizədlər sırasında ümumilikdə 10-a yaxın mütəxəssis var.

Qeyd edək ki, Poçettino “Mançester Yunayted”in baş məşqçisi postuna namizəddir.