Pepe Türkiyəyə qarşı oynamayacaq - SƏBƏB
22.03.2022 - 10:27
Pepe Türkiyəyə qarşı oynamayacaq - SƏBƏB

DÇ-2022-nin pley-offunda Türkiyə ilə qarşılaşacaq Portuqaliya millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, “Porto”nun müdafiəçisi Pepe bu matçı buraxacaq.

Buna təcrübəli futbolçunun koronavirusa yoluxması səbəb olub. O, martın 24-dəki görüşdə iştirak edə bilməyəcək.

Pepenin əvəzinə yığmaya “Lill”in müdafiəçisi Tyaqo Calo çağırılıb. Həmçinin “Lion”un qapıçısı Antoni Ledeşi “Vulverhempton”dan Joze Sa əvəzləyib.