Premyer Liqa tarixinin bombardirləri – “10-luq”
20.03.2022 - 18:13
Premyer Liqa tarixinin bombardirləri – “10-luq”

İngiltərə Premyer Liqası tarixinin ən məhsuldar futbolçularının sıralamasında yenilənmə olub.

Apasport.az saytının məlumatına görə, “Tottenhem”in hücumçusu Harri Keyn bir pillə də irəliləyərək 5-ci yerə şərik olub.

Ulduz futbolçunun qısa müddətdə ilk “üçlüy”ə düşməsi gözlənilir. Çünki Premyer Liqa tarixinin bombardir 10 futbolçusu arasında karyerasını davam etdirən yeganə sima məhz Keyndir.

Dünyanın ən böyük maraqla izlənilən çempionatının bombardirləri bunlardır:
1. Alan Şirer - 260 qol
2. Ueyn Runi - 208
3. Endi Koul - 187
4. Serxio Aquero - 184
5-6. Frenk Lempard - 177
5-6. Harri Keyn - 177
7. Tyerri Anri - 175
8. Robbi Fouler - 163
9. Cermeyn Defo - 162
10. Maykl Ouen - 150