İngiltərə Premyer Liqa tarixində ən çox səfər qolu vuran 5 futbolçu sıralanıb.
Apasport.az saytının məlumatına görə, bu günlərdə 95-ci dəfə rəqib meydanında fərqlənməyi bacaran “Tottenhem”in hücumçusu Harri Keyn rekordun sahibidir.
İlk “5-lik”də qərarlaşanlar arasında yalnız Keynin karyerasını davam etdirdiyini nəzərə alsaq, 29 yaşlı forvardın göstəricisini daha da yaxşılaşdırması qaçılmazdır.
1. Harri Keyn - ümumilikdə 178, ümumilikdə 95 qol
2. Ueyn Runi - ümumilikdə 208, səfərdə 94
3. Alan Şirer – ümumilikdə 260, səfərdə 87
4. Frenk Lempard - ümumilikdə 177, səfərdə 85
5. Endi Koul – ümumilikdə 187, səfərdə 83