Premyer Liqanın liderində yeni müqavilə hazırlığı
19.03.2022 - 22:18
Premyer Liqanın liderində yeni müqavilə hazırlığı

“Mançester Siti” yarımmüdafiəçisi Rodri ilə yeni müqavilə imzalamaq istəyir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın lideri ispaniyalı futbolçusunun uzun müddət komandada qalmasının tərəfdarıdır.

“Şəhərlilər” yaxın günlərdə 25 yaşlı oyunçu ilə yeni sazişi müzakirə etməyə başlayacaq. Həmçinin baş məşqçi Pep Qvardiola 36 yaşlı yarımmüdafiəçi Fernandinyonun da yerinə oyunçu axtarmağa başlayıb.

Qeyd edək ki, Rodri bu mövsüm 32 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun hazırkı müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.