Prezidentinə sanksiya tətbiq edildi – Nuriyevin klubunun
05.04.2021 - 13:33
Prezidentinə sanksiya tətbiq edildi – Nuriyevin klubunun

Ukraynanın “Minay” klubunun prezidenti Valeri Peresolyaka sanksiyalar tətbiq olunacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski fərman imzalayıb.

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevin çıxış etdiyi klubun rəhbəri Ukraynanın kontrabandaçılarının “Top-10”unda yer alıb. Qərara əsasən, onların aktivləri dondurulub, ticarət əməliyyatları məhdudlaşdırılıb, həmçinin digər sanksiyalar tətbiq edilib. Bu cəzalar 3 il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, Peresolyak “Minay”ı 2015-ci ildə Yevgeni Pıavayko və Artyom Pismenni ilə birlikdə yaradıb.