Qazaxıstandan əzmkar qələbə
24.03.2022 - 22:53
Qazaxıstandan əzmkar qələbə

Millətlər Liqasının C liqasında qalmaq uğrunda pley-off oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün ilk qarşılaşmalar baş tutub.

Qruplarında sonuncu olan komandaların görüşlərində cəmi üç top vurulub. Turnirin növbəti mövsümündə Slovakiya, Belarus və Azərbaycanla eyni qrupda yer alacaq komandanın müəyyənləşdiyi Moldova – Qazaxıstan cütündə də ilk matç keçirilib. Meydan sahibləri bu qarşılaşmada hesabı açsa da, fasilədən sonra iki dəfə fərqlənən qazaxıstanlılar əzmkar qələbə qazanıb – 2:1.

Digər görüşdə Estoniya Kipri qəbul edib. Matç qolsuz sülhlə başa çatıb. Bu cütün qalibi Şimali İrlandiya, Yunanıstan və Kosovo ilə eyni qrupda yer alacaq.

Qeyd edək ki, cavab oyunları martın 29-da keçiriləcək.

Millətlər Liqası
C liqasında qalmaq uğrunda pley-off
İlk oyunlar, 24 mart

Estoniya – Kipr – 0:0
Moldova – Qazaxıstan – 1:2

Nikulesku, 45+1 – Malyi, 64, Posmaç, 79 (avtoqol)