Milli çempionatların yüksək liqalarında ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in ilk dəfə açıqladığı cədvələ Rojerio Seni başçılıq edir.
Dünya rekordçusu olan braziliyalı qapıçının aktivində 873 matç var. Onun ən yaxın izləyicisi ingiltərəli qolkiper Peter Şiltondur. O, 848 dəfə çempionat matçına çıxıb.
3-cü yerin iki şəriki var. Argentinalı Huqo Qatti və braziliyalı Roberto Dinamite hərəyə 765 matç keçirib. Yalnız 12 futbolçu 700 və daha çox oyunda iştirak edib.
Qeyd edək ki, Azərbaycan rekordçusu Rahid Əmirquliyevdir. Onun aktivində 436 matç var.