Reşfordun əvəzləricisi tapıldı
19.03.2022 - 22:43
Reşfordun əvəzləricisi tapıldı

Markus Reşford mövsümün sonunda “Mançester Yunayted”lə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” ulduz futbolçunun əvəzinə oyunçu axtarışına başlayıb.

Rəhbərlik “Kristal Pelas”ın hücumameylli oyunçusu Maykl Oliseni transfer etməyi düşünür. “Mançester Yunayted” fransalının çoxyönlü olması ilə yanaşı, onun müxtəlif mövqelərdə oynamaq bacarığını yüksək qiymətləndirir. 21 yaşlı vingerlə tezliklə danışığa başlanılacaq.

Qeyd edək ki, Maykl Olise bu mövsüm “Kristal Pelas”ın heyətində 25 oyunda 4 qol və 7 assistlə yadda qalıb.