Ronaldodan Peleyə qədər
20.03.2022 - 17:26
Ronaldodan Peleyə qədər

Futbol tarixində milli komandada ən çox qol vuranların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, martda baş tutacaq yığma səviyyəli oyunlar ərəfəsində dərc olunan cədvələ Kriştiano Ronaldo başçılıq edir.

Portuqaliya millisində 115 qola imza atan ulduz hücumçu Əli Daeini 6 top qabaqlayır. “Top-10”da Ronaldo kimi Lionel Messiyə də yer tapılıb. Argentinalı 80 qolla 5-6-cı yerləri bölüşür.

“Onluğ”u Pele qapayır. “Futbol kralı” 77 qola imza atıb.

1. Kriştiano Ronaldo (Portuqaliya) - 115
2. Əli Daei (İran) - 109
3. Moxtar Dahari (Malayziya) - 89
4. Ferens Puşkaş (Macarıstan, İspaniya) - 84
5-6. Sunil Çetri (Hindistan) - 80
Lionel Messi (Argentina) - 80
7-8. Ali Mabhut (BƏƏ) - 79
Qodfri Çitalu (Zambiya) - 79
9. Husseyn Said (İraq) - 78
10. Pele (Braziliya) – 77