Azərbaycan millisi 2022-ci ilə start verir.
Apasport.az saytının məlumatına görə, yığmamız ilin ilk matçlarına Maltada çıxacaq.
Malta və Latviya ilə yoldaşlıq oyunları ərəfəsində millidə ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb. Mütləq rekord Rəşad Sadıqova məxsusdur.
Yığma tarixinin rekordçusu 111 görüşə çıxıb. Karyerasını davam etdirənlər arasında ən yaxşı Maksim Medvedevdir. O, sabiq komanda yoldaşından 35 oyun geri qalır.
Qeyd edək ki, 11 oyunçu 60-dan çox matça çıxıb.
1. Rəşad Sadıqov - 111
2. Aslan Kərimov - 80
3. Kamran Ağayev - 79
4-5. Mahir Şükürov - 76
Maksim Medvedev - 76
6-7. Mahmud Qurbanov - 75
Tərlan Əhmədov - 75
8. Qara Qarayev - 73
9. Qurban Qurbanov - 68
10. Emin Ağayev - 65
11. Vüqar Nadirov - 61