Rudiger yeni klubu ilə müqavilə bağladı
19.03.2022 - 13:46
Rudiger yeni klubu ilə müqavilə bağladı

“Çelsi”nin müdafiəçisi Antonio Rudigerin yeni komandası müəyyənləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü “Yuventus”a keçməyə hazırlaşır.

Hətta yayılan xəbərlərə görə, 29 yaşlı mərkəz müdafiəçisi turinlilərlə 4 illik müqaviləyə qol çəkib. Yayda azad agent statusu daşıyacaq Rudiger “qoca sinyora”ya havayı başa gələcək.

Qeyd edək ki, Antonio Rudiger 2015-2017-ci illərdə İtaliyada “Roma”nın formasını geyinib. “Çelsi” onu 2017-ci ildə 34 milyon funt sterlinqə alıb.