Namik Ələskərov Malta və Latviya ilə yoldaşlıq görüşlərini buraxa bilər.
Apasport.az saytının məlumatına görə, bunu yığmanın baş məşqçisi Canni de Byazi deyib.
İtaliyalı mütəxəssis müvafiq olaraq martın 25-də və 29-da keçiriləcək qarşılaşmalar öncəsi Ələskərovun zədədən əziyyət çəkdiyini söyləyib. O, məhz bu səbəbdən öncə U-21-ə çağırılan Rüstəm Əhmədzadəni əsas milliyə çağırdıqlarını deyib: “Rüstəmi U-21-ə buraxmaq istəyirdim ki, oynamaq imkanı olsun. Amma Namik Ələskərovun zədəsi var. Qarşıdakı matçlarda iştirakı sual altındadır. Bu üzdən Rüstəmi çağırdıq. Millimizin gələcəyi olan oyunçulardandır”.