Sabiq komandasına qayıtdı – “Sabah”ın göndərdiyi futbolçu
09.02.2021 - 12:18
“Sabah” klubunun qış fasiləsində müqaviləsinə xitam verdiyi hücumçu Ulisse Diallonun yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, malili forvard karyerasını yenidən Macarıstanda davam etdirəcək.
29 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Mezokovesd”lə anlaşıb. Hazırda komandanın düşərgəsində olan Diallo tezliklə sözləşməyə qol çəkəcək. Bununla forvard sabiq komandasına qayıdışını rəsmiləşdiriəcək. O, 2016/17 mövsümünü məhz “Mezokovesd”də keçirib.
Qeyd edək ki, Ulisse Diallo “Sabah”a 2019-cu ilin yayında Macarıstanın digər klubu MKT-dan keçmişdi.
0
0