Sanksiyaya görə baş tutmayan transfer
26.03.2022 - 10:52
Sanksiyaya görə baş tutmayan transfer

“Çelsi”nin “Çikaqo Fayr”dan qapıçı Qabriel Sloninanı transfer etmək istəyi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb İngiltərə klubuna tətbiq edilən sanksiyadır.

Londonlular 17 yaşlı qolkiperi mövsümün sonunda heyətinə qatmağı planlaşdırırdı. Hətta tərəflər arasında ilkin razılıq da olmuşdu. “Zadəganlar” ABŞ-ın U-21 yığmasının üzvünü 6-7 milyon avroya almağı və gələn ilə qədər hazırkı klubuna icarəyə verməyi düşünürdü. Ancaq transfer qadağası rəhbərliyin bütün planlarını pozub.

Qeyd edək ki, “Çikaqo Fayr”la müqaviləsi bu ilin sonuna qədər olan Qabriel Slonina cari mövsümün 4 matçından 3-də qapısının toxunulmazlığını qoruyub.