Şəriki və üstdən aşağı baxanlar – Keynə
05.04.2021 - 00:49
İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keyn Premyer Liqanın bombardirləri siyahısında irəliləyib.
Apasport.az saytının məlumatına görə, “Nyukasl”la görüşdə (2:2) dubla imza atan forvard Cermeyn Defoya çatıb.
Hərəyə 162 qol vuran cütlük 8-ci yeri bölüşür. Yalnız 7 futbolçu daha çox qol vuraraq siyahıda ona üstdən aşağı baxır.
Premyer Liqanın bombardirləri
1. Alan Şirer - 260
2. Ueyn Runi – 208
3. Endi Koul – 187
4. Serxio Aquero – 181
5. Frenk Lempard – 177
6. Tyerri Anri – 175
7. Robbi Fauler – 163
8-9. Harri Keyn – 162
Cermeyn Defo - 162
0
0