“Vəziyyətin bu həddə çatmasında azacıq da olsa, futbolçuların və məşqçinin günahı var”.
Apasport.az saytının məlumatına görə, bunu tanınmış italiyalı məşqçi Arriqo Sakki yığmanın hazırkı durumunu dəyərləndirərkən deyib.
76 yaşlı mütəxəssis Skuadra Adzurranın ardıcıl ikinci dəfə dünya çempionatından kənarda qalmasına münasibət bildirib. O, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinanı radikal dəyişikliklərə çağırıb: “Qravina səriştəli liderdir. Vəziyyəti soyuqqanlılıqla təhlil etməli, emosiyalarla qərar verməməlidir. Ümid edirəm ki, yalnız məşqçini qovmaqla hər şeyi həll etməyəcək. Problem daha ciddidir. İtaliya futbolu yeni ideyalardan məhrumdur. Başqa ölkələr inkişaf edir, bizim futbolumuz isə 60 il geridədir”.
Qeyd edək ki, İtaliya yığması DÇ-2022-nin pley-off mərhələsində Şimali Makedoniyaya uduzaraq, mundial şansını itirib.