Tarixdə ilk: İtaliya yenə mundialdan kənarda
25.03.2022 - 01:59
Tarixdə ilk: İtaliya yenə mundialdan kənarda

İtaliya millisi ardıcıl ikinci dəfə dünya çempionatında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, son Avropa çempionu DÇ-2022-yə vəsiqə şansını pley-offun yarımfinalında itirib.

Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzan appeninlilər DÇ-2018-dəki aqibətini təkrarlayıb. Həmin vaxt İtaliyanın yolunu pley-offda İsveç kəsib – 0:1, 0:0.

Dünya çempionatları tarixində ilk dəfə İtaliya ardıcıl iki dəfə final mərhələsindən kənar qalacaq. Əvvəllər mundiala çıxa bilməyən appeninlilərin uğursuzluqları heç vaxt ardıcıl olmayıb.