Ukrayna DÇ-2022-yə birbaşa yollansın – TƏKLİF
26.03.2022 - 14:39
Ukrayna DÇ-2022-yə birbaşa yollansın – TƏKLİF

Britaniyanın tanınmış jurnalisti Cim Uayt maraqlı təkliflə çıxış edib.

Apasport.az saytının məlumatına görə, o, Ukrayna millisinin birbaşa dünya çempionatının final mərhələsinə buraxılmasını istəyib.

Jurnalistin fikrincə, indiki məqamda Ukrayna yığmasının mundiala yollanması Uels və Şotlandiyanın vəsiqə qazanmasından daha vacibdir: “Uelsli Qaret Beyl və şotlandiyalı Endi Robertson dünya çempionatı arzularından əl çəkməlidirlər. Çünki hamı Andrey Yarmolenko və onun Ukraynasının mundialda iştirakını istəyir. Uels və Şotlandiya kənara çəkilməli, nə qədər çətin olsa da, Ukraynanı DÇ-2022-yə buraxmalıdır. Ağır vəziyyətdə olan Ukrayna ilə pley-off oyunları Uels və Şotlandiya üçün mənəvi problemdir. Ukrayna millisinin Qətərə yollanması bütün dünyanın arzusudur”.

Qeyd edək ki, Ukrayna millisi DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə qarşılaşmalıdır. Bu cütlüyün qalibi finalda Uelslə üz-üzə gələcək.