Van Marveyk yığmadan kənarlaşdırıldı
05.12.2019 - 14:01
Van Marveyk yığmadan kənarlaşdırıldı

Niderlandlı baş məşqçi Bert van Marveyk işsiz qalıb.

Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis çalışdırdığı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasından kənarlaşdırılıb.

Buna Fars körfəzi kuboku uğrunda matçda Qətərlə oyunundakı 2:4 hesablı məğlubiyyət səbəb olub. Bu məğlubiyyətdən sonra komanda qrupda qalıb.

Qeyd edək ki, B.Van Marveyk DÇ-2010-da Niderland millisi ilə finala yüksəlib.
 

0
Bert van Marveyk Birləşmiş Ərəb Əmirlikləri baş məşqçi