Xavi hücumçu seçimini etdi
27.03.2022 - 00:46
Xavi hücumçu seçimini etdi

“Barselona”nın baş məşqçisi Xavi Ernandes komandasında görmək istədiyi hücumçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı çalışdırıcı “Liverpul”un qolçusu Məhəmməd Salaha göz dikib.

Kataloniya klubu Dortmund “Borussiya”sından Erlinq Halandla anlaşa bilməyəcəyi təqdirdə, “Bavariya”nın forvardı Robert Levandovskini heyətinə qatmağı planlaşdırırdı. Lakin Xavi polşalını istəməyib. O, Levandovskidənsə Salahın komandaya daha çox xeyir verəcəyini düşünür. Misirli hücumçu özü də İspaniya klubundan gələn təklifi nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, 29 yaşlı Salahın “Liverpul”la müqavilə müddəti gələn ilin yayına qədərdir. O, rəhbərliyin yeni sözləşmə təklifini qəbul etməyib.