Yaponiya və Səudiyyə Ərəbistanı DÇ-2022-də
24.03.2022 - 15:06
Yaponiya və Səudiyyə Ərəbistanı DÇ-2022-də

Qətərdə keçiriləcək DÇ-2022-yə daha iki vəsiqənin sahibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Yaponiya yığması mundialda iştirak hüququ qazanıb.

Bu, Asiya zonası üzrə 3-cü seçmə mərhələnin IX turunda rəsmiləşib. Səfərdə Avstraliyanı 2:0 hesabı ilə məğlub edən “Gündoğar ölkə” təmsilçisi xallarının sayını 21-ə çatdırıb. Son tur öncəsi 3-cü yerdəki “Yaşıl qitə” təmsilçisindən 6 xal uzaqlaşan Yaponiya bununla da mundiala vəsiqəni təmin edib. Onların qələbəsi Səudiyyə Ərəbistanını da dünya çempionatına daşıyıb. Çünki 19 xala malik yarımada təmsilçisi növbəti oyunları uduzacaqları halda, digərləri üçün əlçatmaz olacaq. 

Nəticədə dünya çempionatında iştirakı dəqiqləşən komandaların sayı 17-yə çatıb. Daha öncə 15 yığma bu hüquqa yiyələnib.

Qətərin meydan sahibi kimi yüksəldiyi mundiala Avropadan Almaniya, Danimarka, Fransa, Belçika, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Cənubi Amerikadan Braziliya, Argentina, Asiyadan İran və Cənubi Koreya dördilliyin ən mötəbər yarışına yüksəlib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
 

0