Yeni rekordçu – paytaxt klubunda
04.04.2021 - 14:16
Ştefan Radu İtaliyanın “Latsio” klubunun tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Roma klubunun tarixində ən çox oyun keçirən futbolçu adına yiyələnib.
“Spetsiya” ilə görüş Radunun paytaxt təmsilçisində 402-ci oyun olub. Bununla da rumıniyalı legioner yeni rekorda imza atıb.
Qeyd edək ki, bunadək “Latsio”nun rekordçusu Cüzeppe Favalli idi.
0
0