Yığma hücumçusunu itirdi
22.03.2022 - 11:42
“Roma”nın futbolçusu Temmi Abraham İngiltərə millisinin martda keçirəcəyi oyunları buraxacaq.
Apasport.az saytının məlumatına görə, buna hücumçunun belindəki ağrılar səbəb olub.
Yoldaşlıq oyunlarında iştirak edə bilməyəcək forvard klubun düşərgəsində qalacaq. İngiltərə millisi bu ay İsveçrə və Fil Dişi Sahili ilə görüşəcək.
Qeyd edək ki, Abraham cari mövsüm “Roma”da keçirdiyi 40 oyunda 23 qola imza atıb. O, millidəki 5 matçda 2 dəfə fərqlənib.
0
0