Yığmada müdafiəçi problemi
24.03.2022 - 14:21
İtaliya milisi ciddi itkilərlə üzləşmək təhlükəsi ilə qarşılaşıb.
Apasport.az saytının məlumatına görə, müdafiəçilər Leonardo Bonuççi və Corco Kyellini DÇ-2022-nin pley-offunun yarımfinal matçını buraxa bilər.
Hər iki müdafiəçi zədə üzündən Şimali Makedoniyaya qarşı oynaması real sayılmır. Bərpa prosesi yeni başa çatan Kyelliniyə istirahət verilməsi gözlənilir. Müalicəsi davam edən Bonuççinin isə yalnız finala hazır olacağı ehtimal edilir. Təbii ki, italiyalılar balkanlıları keçməyi bacararsa.
Qeyd edək ki, İtaliya – Şimali Makedoniya matçı bu gün Palermoda təşkil olunacaq.
0
0