Yığmamız yoldaşlıq oyunlarına tam heyətlə hazırlaşmır - SƏBƏB
22.03.2022 - 16:25
Yığmamız yoldaşlıq oyunlarına tam heyətlə hazırlaşmır - SƏBƏB

Martın 25-də Malta, dörd gün sonra Latviya ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi qarşılaşmalara tam heyətlə hazırlaşa bilmir.

Apasport.az saytının məlumatına görə, milliyə dəvət alan 25 oyunçudan yalnız 22-si məşqlərdə iştirak edir.

Renat Dadaşovla Dmitri Nazarov birbaşa oyunların keçiriləcəyi Maltaya gələcək. Cütlük yığmaya orada qoşulacaq.

Namik Ələskərov millinin düşərgəsində olsa da, zədədən əziyyət çəkir. Bu üzdən də hazırlıqdan kənar qalıb.

Qeyd edək ki, millimiz sabah günorta saatlarında çarter reysi ilə Maltaya yollanacaq.