21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatlarının seçmə mərhələlərində 3-cü dəfə böyük hesabla qalib gəlib.
Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2023-ün seçmə oyununda Estoniyanı üç cavabsız qolla üstələyib.
Komandamız bunadək cəmi iki dəfə 3 və ya daha çox top fərqi ilə qalib gəlmişdi. Həmin görüşlər də eyni – 3:0 hesabı ilə başa çatıb.
Yalnız evdə böyükhesablı qələbə qazanan millinin ilk qurbanı İsrail olub. 2014-cü il sentyabrın 3-də yığmamız üç cavabsız qola sevinib.
2015-ci il noyabrın 17-də Rusiya da eyni aqibətlə üzləşib. Millimiz təxminən 6 il 4 ay 8 gündən sonra rəqibi üzərində böyük hesabla qalib gəlməyi bacarıb.