Yoviçin “Real”la bağlı QƏRARI
22.03.2022 - 16:10
“Real”ın futbolçusu Luka Yoviç gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, serbiyalı hücumçu İspaniya klubunu tərk edəcək.
Oyun praktikasının azlığından narazı olan Luka yay transfer pəncərəsində təklifləri nəzərdən keçirəcək. “Arsenal” və “Everton” kimi klubların maraq dairəsində olan serbiyalı Dortmund “Borussiya”sına da keçə bilər. Lakin bunun üçün “Real”ın istədiyi məbləği ödəmək lazım gələcək.
Qeyd edək ki, Yoviçin “Real”la müqaviləsi 2025-ci ildə başa çatacaq.
0
0