"Çelsi"nin Osimhen planı
15.02.2025 - 17:37
!["Çelsi"nin Osimhen planı](https://apasport.az/storage/news/2025/february/15/big/67b093ff30a3967b093ff30a3a173962547167b093ff30a3767b093ff30a38.jpg)
“Çelsi” yay transfer pəncərəsində komandanın hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, londonlular hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimhenin transferini hədəfləyir.
Nigeriyalı hücumçunun tam müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi “Napoli”yə məxsusdur. Onun transfer dəyəri 75 milyon avro qiymətləndirilir.
26 yaşlı forvard Türkiyə Super Liqasının cari mövsümündə 16 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0