!["Real" Vinisiusun boşluğunu onlarla dolduracaq](https://apasport.az/storage/news/2025/february/15/big/67b068994500767b0689945008173961436167b0689944fe767b0689945006.jpg)
“Real” karyerasını Səudiyyə Ərəbistanında davam edə biləcək Vinisius Junioru əvəzləməyi düşünür.
Apasport.az “TodoFichajes”ə istinadən xəbər verir ki, Madrid klubunun Vinisiusun yerinə 2 namizədi var.
"Real" Vinisiusu kimlə əvəzləyəcək?
Braziliyalı hücumçunun yerinə potensial namizədlər Rafael Leao (“Milan”) və Viktor Gyökereşdir (“Sportinq”, Lissabon). Hər iki futbolçunun dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.
Vinisius "Real"la yeni müqavilə imzalayacaq?
“Kral klubu”nun rəhbərliyi Vinisiusla yeni müqavilə ilə bağlı danışıqlar aparır. Ancaq sözləşmənin şərtləri ilə bağlı razılıq hələ əldə olunmayıb. 24 yaşlı forvard ona “Real”dan qat-qat əlverişli şərtlər təklif etməyə hazır olan Səudiyyə Ərəbistanı çempionatı təmsilçilərinin prioritet hədəflərindən biri olaraq qalır.