“Maraqlı oyun alındı. Son matçda bir qədər həvəsdən düşsək də, dəfə pis çıxış etmədik”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XX turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olduqları matç barədə danışarkən deyib.
Hacıyev oyundan sonra mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Sabah”ın gücü hər kəsə bəllidir. Bu iki komandanı müqayisə aparmaq güc baxımından doğru olmaz. İstədiyimiz qələbəni uzun müddətdir qazana bilmirik. Zədəlilər, cəzalılar olur. Birinci hissədə ciddi qol imkanı olmadı. Fasilədən sonra daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun yüz faizlik şansı matçın dönüş nöqtəsi oldu. Rəqibin nadir hücumlarından birində qol qeydə alındı. Buraxılan topdan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq”.