İbrahimoviç: “Məndən yaxşısını görənə qədər oynayacağam”
26.03.2022 - 17:24
İbrahimoviç: “Məndən yaxşısını görənə qədər oynayacağam”

“Gələcəyim hələ bəlli deyil. Karyeramı indi bitirdiyim üçün sonradan peşman olmaq istəmirəm”.

Apasport.az xəbər verir ki, bunu İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Hazırda “Milan”ın formasını geyinən 41 yaşlı forvard karyerasını bitirməyə tələsmədiyini söyləyib: “Bacardığım qədər oynamaq istəyirəm. Reallıq odur ki, məndən yaxşısını görənə qədər oynayacağam. Ona görə də, hələ davam edirəm. Bilirəm ki, bir gün hər şey bitəcək. Futbol oynayanda adrenalin olur. Bu enerjini başqa heç nədən almaq mümkün deyil. Bitirdikdən sonra da bunu qəbul etməli və yeni işə sıfırdan başlamalısan”.

Qeyd edək ki, Zlatan İbrahimoviçin “Milan”la müqavilə müddəti mövsümün sonuna qədərdir.