Joan Laporta: “Real” tənəzzülə uğramalıdır”
26.03.2022 - 13:30
Joan Laporta: “Real” tənəzzülə uğramalıdır”

“Real” üzərindəki qələbədən bütün “Barselona” azarkeşləri kimi, həzz aldım. İndi istəyirəm ki, çempionluq uğrunda mübarizə aparaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın prezidenti Joan Laporta deyib.

Kataloniya klubu La Liqada lider “Real”dan 12 xal geri qalmasına baxmayaraq, Laporta hələ də çempionluğa inandığını söyləyib: “La Liqa çempionluğuna ümidim davam edir. Mövsüm irəlilədikcə enişlər yaşanır. “Real” tənəzzülə uğramalıdır, çünki mövsüm boyu 13-14 oyunçudan istifadə ediblər. Bizdə daha çox seçim imkanı var. Çempionluq uğrunda mübarizə aparmaq ümidi ilə mövsümün final mərhələsinə qədəm qoyuruq. “Rayo Valyekano” üzərində qələbə qazanacağımız təqdirdə “Real”la xal fərqi 9-a enəcək. Qalan bütün matçlarda qalib gəlmək barədə düşünməliyik. Biz çətinlikləri sevirik. Bu, klubun mentalitetidir”.

Qeyd edək ki, “Barselona” XXIX tur çərçivəsində martın 20-də “Real”ı səfərdə 4:0 hesabı ilə məğlub edib.