Poqbadan etiraf: “PSJ-yə keçə bilərəm”
23.03.2022 - 12:40
Poqbadan etiraf: “PSJ-yə keçə bilərəm”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba PSJ-yə keçmək ehtimalını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü bu variantı istisna etməyib.

O, mövsümün sonunda Parisə köçə biləcəyini etiraf edib: “Niyə də olmasın? PSJ-yə keçə bilərəm. Millidəki komanda yoldaşlarımla eyni klubda oynamaq həmişə maraqlıdır. “Mançester Yunayted”də qalacağıma, yoxsa başqa komandaya keçəcəyimə əmin deyiləm. Amma qatıldığım turnirlərin qalibi olmaq istəyirəm”.

Qeyd edək ki, Pol Poqbanın “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.