DÇ-26: İsveç Tunisə qarşı - YENİLƏNİR
15.06.2026 - 06:01
DÇ-26: İsveç Tunisə qarşı - YENİLƏNİR

İsveç millisi DÇ-2026-da ilk oyununa çıxır.

Apasport.az xəbər verir ki, Avropa təmsilçisi F qrupunun ilk turunda Tunis yığması ilə qarşılaşacaq.

Monterreydə keçiriləcək görüş Bakı vaxtı ilə saat 06:00-da start götürəcək.

İsveç bu oyunda Viktor Gyökereş və Aleksander İsakın liderlik etdiyi hücum xəttinə güvənəcək. Tunis də öz növbəsində mundiala qələbə ilə başlamağı hədəfləyir.

DÇ-2026, F qrupu, I tur
15 iyun
06:00. İsveç – Tunis

İsveç: Nordfeldt, Lagerbielke, Lindelöf, Hien, Gudmundsson, Bernhardsson, Nygren, Karlstrom, Ayari, Isak, Gyökereş.

Tunis: Chamakh, Abdi, Talbi, Rekik, Valery, Ben Hmida, Meybri, Kedira, Şkiri, Slimane, Saad.