Depay “Qalatasaray” yolunda
10.11.2022 - 11:38
Depay “Qalatasaray” yolunda

“Barselona”nın hücumçusu Memfis Depay komandasını dəyişmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü bu barədə klub rəhbərliyini də məlumatlandırıb.

O, oyun şansı əldə edə bilmədiyi üçün qış fasiləsində ayrılmaq istədiyini bildirib. Həmçinin kataloniyalılar da 28 yaşlı forvardı saxlamaqda maraqlı deyil. Depay üçün ilk təklif isə “Qalatasaray”dan gəlib. Türkiyə klubu ulduz futbolçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, bu mövsüm cəmi 3 oyunda iştirak edən Memfis Depay aktivinə 1 qol yazdırıb.
 

0