"Fənərbaxça"nın yeni transferi Rusiya yolunda
11.02.2025 - 10:48
"Fənərbaxça"nın yeni transferi Rusiya yolunda

Türkiyə Super Liqası komandalarından “Fənərbaxça” yeni transferini icarəyə göndərilə bilər. 

Apasport.az xəbər verir ki, Onyen Mimoviç "sarı-lacivərdlilər"də debüt etmədən başqa komandaya göndəriləcək. 

Onyen Mimoviç niyə "Fənərbaxça"da oynamır?

Buna səbəb İstanbul klubunun legioner limitində olmasıdır. 

Türkiyə Super Liqasında legioner limiti

Türkiyə klublarının heyətində 14 legioner oyunçuya icazə verilir. Mimoviçin gəlişi ilə birgə bu say 15-ə çıxıb.

"Fənərbaxça"nın yeni transferi Mimoviç harada oynayacaq?

Futbolçu Rusiya klubunun radarındadır. Gənc oyunçunun tezliklə "Zenit" ə yollanacağı gözlənilir  .

"Fənərbaxça" və "Zenit" serbiyalı müdafiəçinin icarə əsasında Rusiya klubuna keçməsi ilə bağlı prinsipial razılığa gəliblər. 

"Eyüpspor" da Mimoviçlə maraqlanırdı

Daha əvvvəl “Eyüpspor” 20 yaşlı oyunçu üçün “Fənər”lə danışıqlara başlamışdı

"Fənərbaxça" Mimoviç üçün "Srvena Zvezda"ya nə qədər ödəyib? 

Qeyd edək ki, İstanbul təmsilçisi Mimoviçi "Srvena Zvezda"dan 6,7 milyon avroya transfer edib.

 

0