Azərbaycan millisinin bombardirlər siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yığmanın 30 illik tarixinin rekordçusu Qurban Qurbanovdur.
Bu ay 2022-ci ildəki ilk matçına çıxacaq komandamızın bombardiri 17 ildir karyerasını bitirsə də, hələ də əlçatmazdır. O, ən yaxın izləyicisi Vaqif Cavadovu 5 top qabaqlayır.
Qurbanova çatmaq şansını qoruyanlar sırasında Emin Mahmudovla Dmitri Nazarov öndədir. Onların hərəsi 8 dəfə fərqlənib.
Qeyd edək ki, indiyədək 9 oyunçu 5 qol səddini arxada qoyub.
1. Qurban Qurbanov - 14
2. Vaqif Cavadov - 9
3-4. Dmitri Nazarov - 8
Emin Mahmudov - 8
5-8. Rauf Əliyev - 7
Ramil Şeydayev - 7
Branimir Subaşiç - 7
Elvin Məmmədov - 7
9. Zaur Tağızadə - 6