Ən gənc yaşda qol vuranlar - “Fənərbaxça”da
21.03.2022 - 10:16
Ən gənc yaşda qol vuranlar - “Fənərbaxça”da

“Fənərbaxça”nın gənc yarımmüdafiəçisi Arda Güler Türkiyə futbol tarixinin ən böyük gələcək vəd edən futbolçusuna çevrilib.

Apasport.az saytının məlumatına görə, cəmi 17 yaşı olan Arda yavaş-yavaş əsas heyətə düşməyə başlayıb.

Təsadüfi deyil ki, artıq rekordlar qırmağı da bacarır. Arda 17 yaşında “Fənər” forması altında bir matçda həm qol vurmağı, həm də məhsuldar ötürmə verməyi bacaran ilk oyunçudur.

Bəs ona qədər “Fənərbaxça”nın heyətində ən erkən yaşda qol vuran futbolçular kimlər olub? Bu yazıda həmin siyahıya nəzər yetirəcəyik.

1. Arda Güler - 17 yaş 16 gün
2. Murat Bölükbaş - 18 yaş 5 ay 13 gün
3. Elif Elmas - 18 yaş 11 ay 23 gün
4. Gökhan Bozkaya - 19 yaş 8 gün
5. Salih Uçan - 19 yaş 2 ay 11 gün
6. Serhat Akın - 19 yaş 3 ay 19 gün
7. Ferdi Kadıoğlu - 19 yaş 10 ay 12 gün