Ən ödənişli məşqçilər - MƏBLƏĞ
22.03.2022 - 17:09
Ən ödənişli məşqçilər - MƏBLƏĞ

Liqa1-in baş məşqçilərinin maaş cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, çempionatın ən yüksək ödənişli məşqçisi Maurisio Poçettinodur.

PSJ-nin argentinalı çalışdırıcısı ayda 1,1 milyon avro qazanır. İkinci yeri Xorxe Sampaoli (“Marsel”) və Kristof Qaltye (“Nitsa”) bölüşür. Onların maaşı 330 min avrodur.

“Lion”un baş məşqçisi Peter Boş ayda 250 min qazanır. İlk “beşliy”i Filipp Kleman qapayır. “Monako”nun çalışdırıcısı 150 min alır.