İngiltərə millisinin baş məşqçi Qaret Sautqeytin rəhbərliyi altında göstərdiyi nəticələrin statistikası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində Polşa ilə görüşdə bu sükan arxasında 51-ci matçına çıxıb.
Bunun üçün ona 4 il, 5 ay vaxt lazım olub. Komandanı ən çox oyuna çıxaran 7-ci çalışdırıcı kimi tarixə düşən Sautqeytin dönəmində ingilislər qarşılaşmaların 61 faizində qələbə qazanıb. Bir oyunluq baş məşqçi olan Sem Ellardaysın göstəricisini nəzərə almasaq, qalibiyyət faizinə görə Sautqeyt öncüllərdəndir.
İngiltərə millisini tarixi ərzində meydana çıxaran baş məşqçilər oyun sayına görə aşağıdakı qaydada sıralanıb. Onların həmçinin postda qaldıqları müddət də göstərilib.
1. Uolter Vinterbottom
139 oyun (16 il)
Qələbə qazanma faizi – 56
2. Alf Remsi
113 oyun (12 il)
Qələbə qazanma faizi – 61
3. Bobbi Robson
95 oyun (8 il)
Qələbə qazanma faizi – 50
4. Sven Yoran-Eriksson
67 oyun (5 il)
Qələbə qazanma faizi – 60
5. Roy Hocson
56 oyun (4 il)
Qələbə qazanma faizi – 59
6. Ron Qrinvud
55 oyun (5 il)
Qələbə qazanma faizi – 60
7. Qaret Sautqeyt
51 oyun (4 il, 5 ay – davam edir)
Qələbə qazanma faizi – 61
8. Fabio Kapello
42 oyun (5 il)
Qələbə qazanma faizi – 67
9. Qrehem Teylor
38 oyun (3 il)
Qələbə qazanma faizi – 47
10. Don Revie
29 oyun (3 il)
Qələbə qazanma faizi – 48
11. Qlenn Hoddl
28 oyun (3 il)
Qələbə qazanma faizi – 61
12. Terri Venabls
23 oyun (2 il)
Qələbə qazanma faizi – 48
13. Kevin Kiqan
18 oyun (20 ay)
Qələbə qazanma faizi – 39
14. Stiv Maklaren
18 oyun (16 ay)
Qələbə qazanma faizi – 50
15. Sem Ellardays
1 oyun (67 gün)
Qələbə qazanma faizi – 100