İngiltərə Premyer Liqasında X turun altı oyunu başa çatıb.
Apasport.az xəbər verir ki, günün ən diqqətçəkən qarşılaşmaları “Arsenal” və “Çelsi”nin qələbələri ilə yadda qalıb.
“Topçular” səfərdə “Börnli”ni 2:0 hesabı ilə məğlub edib və zirvə yarışını davam etdirib. “Çelsi” isə London derbisində “Tottenhem” üzərində 1:0 hesablı qələbə qazanaraq üç xal əldə edib.
Digər matçlarda “Brayton” öz meydanında “Lids”i darmadağın edib – 3:0. “Kristal Palas” isə “Brentford”u eyni hesabla (2:0) üstələyib.
“Fulham” “Vulverhempton”u 3:0 hesabı ilə məğlub edib. "Nottingam Forest” və “Mançester Yunayted” arasında görüş bərabərliklə başa çatıb – 2:2.
Premyer Liqa
X tur
Brayton – Lids 3:0
Börnli – Arsenal 0:2
Kristal Palas – Brentford 2:0
Fulham – Vulverhempton
Nottingam Forest - Mançester Yunayted 2:2
Tottenham – Çelsi 0:1