Robinə üç elçi
10.11.2022 - 00:00
Robinə üç elçi

“İnter”in futbolçusu Robin Qozens klubu tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçiyə üç komanda elçi düşüb.

Almaniyalını “Volfsburq”, “Bayer” və “Lester” heyətində görmək istəyir. Futbolçunun agenti artıq Almaniyaya yollanıb və danışıqlara başlamağa hazırlaşır. Onun transfer qiyməti 22 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Robin mövsümün 16 matçında 1 qol vurub.
 

0