Şenol Güneşin istəmədiyi 6 futbolçu
10.11.2022 - 10:54
Şenol Güneşin istəmədiyi 6 futbolçu

Baş məşqçi postunda dəyişiklik edən “Beşiktaş” futbolçu heyətində də rotasiyalara əl atacaq.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yeni çalışdırıcı Şenol Güneş həm göndərilməsini, həm də transfer edilməsini istədiyi oyunçuları müəyyənləşdirib.

Təcrübəli mütəxəssis müdafiə xəttindəki problemi “Sassuolo”lu Kaan Ayhanla yoluna qoymaq niyyətindədir. Həmçinin icarə əsasında “Beşiktaş”da çıxış edən Tayfun Bingölün transfer vərəqəsinin “Alanyaspor”dan alınması qərara alınıb.

Şenol Güneş 6 oyunçunun isə qış fasiləsində yola salınmasının tərəfdarıdır. O, Utku Yuvakuran, Tayler Boyd, Velinton, Artur Masuaku, Xavi Montero və Kevin Nkududan məmnun deyil. Adıçəkilən futbolçular dekabrın sonuna qədər baş məşqçinin gözünə girə bilməsə, yanvarda transferə çıxarılacaq.

Qeyd edək ki, “Beşiktaş” Super Liqada 22 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
 

0