“Tottenhem”in gözü A seriyasında
09.11.2022 - 22:33
“Tottenhem”in gözü A seriyasında

“Tottenhem”in qış transfer planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu İtaliya A seriyasından iki futbolçu almağı planlaşdırır.

Londonlular “İnter”in mərkəz müdafiəçisi Alesandro Bastoniyə göz dikib. “Tottenhem”in digər hədəfi “Yuventus”un üzvü Ueston Makkennidir. Bu futbolçuların transferini baş məşqçi Antonio Konte istəyib.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
 

0